12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycandan tranzit keçən nəqliyyat vasitələrindən yol vergisi alınacaq

Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisi ödəyici, həmin şəxslərə məxsus nəqliyyat vasitələri isə yol vergisinin obyekti hesab olunacaq.

Bu, Prezident İlham Əliyevin Vergi Məcəlləsinə dəyişikliklə bağlı imzaladığı Qanunda əksini tapıb.

Beləliklə, həmin nəqliyyat vasitələri üçün yol vergisi aşağıdakı kimi olacaq:

Ölkə ərazisində qaldığı müddət Mühərrikin həcmi 2000 kub santimetrədək olduqda Mühərrikin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olduqda Mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda
1 aya qədər 15 ABŞ dolları 20 ABŞ dolları 40 ABŞ dolları
3 aya qədər 30 ABŞ dolları 40 ABŞ dolları 60 ABŞ dolları
1 ilə qədər 40 ABŞ dolları 80 ABŞ dolları 120 ABŞ dolları
1 ildən yuxarı 40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0.5 ABŞ dolları 80 ABŞ dolları +1 ildən artıq qalan hər gün üçün 0.6 ABŞ dolları 120 ABŞ dolları+ 1 ildən artıq qalan hər gün üçün 1.2 ABŞ dolları

 

Həmçinin təhlükəli yüklərin daşınmasına görə yol vergisinə tətbiq olunan artımlar, o cümlədən nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi 38 tondan 41 tonadək olduqda Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün verginin 0.15 ABŞ dolları artırılmasına dair müddəa da ləğv olunur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər