Hazırda Azərbaycan İsraillə birlikdə pilotsuz uçuş aparatı istehsal edir.
Bunu müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrlə görüşü zamanı bildirib.
Nazirin sözlərinə görə, müasir müharibələrdə insansız idarə olunan silahlar çox önəmlidir.
Mədət Quliyev qeyd edib ki, gələcəkdə Azərbaycandan tələbələri ABŞ və Türkiyəyə müdafiə sənayesi sahəsində təcrübəyə göndərməyi planlaşdırırlar.