14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın tədiyə balansında $9.4 mlrd. qalıq yaranıb

2022-ci il üzrə tədiyə balansı1 əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə tədiyə balansı ilə bağlı açıqlamasında deyilir.

Cari əməliyyatlar balansında 23.5 mlrd. dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 12.5 mlrd.$ kəsir yaranmış, ehtiyat aktivləri 9.4 mlrd. dollar artmışdır.

Bu dövrdə xam neftin orta qiyməti 104$/barel olub, qeyri-neft-qaz ixracı isə 15.4% artaraq 2.9 mlrd. dollar səviyyəsində formalaşmışdır.

Tədiyə balansı hesablamalarında xam neftin faktiki orta qiyməti 103.7 dollar (2021-ci il 65.8 dollar) olub.

23423423

Son xəbərlər
Digər xəbərlər