8 C
Baku
Monday, November 18, 2024

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin bir hissəsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə köçürüləcək

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə də vəsait köçürüləcək.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.

Fərmana əsasən, yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitin 93 faizi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür.

Son xəbərlər
Digər xəbərlər