8 C
Baku
Thursday, November 28, 2024

“Virgin Orbit” fəaliyyətini dayandırır və işçilərin 90%-ni ixtisar edir

Milyarder Riçard Brensona (Forbes-a görə sərvəti 3 milyard dollar təşkil edir) məxsus olan “Virgin Orbit” şirkəti maliyyələşdirilmədiyi üçün “yaxın gələcək üçün” fəaliyyətini dayandıracaq.

“Çevik və son dərəcə ağrılı dəyişikliklər etməkdən başqa seçimimiz yoxdur”, – deyə Brenson söyləyib.

Şirkət işçilərinin 90%-ni ixtisar etmək niyyətindədir. İşini itirən hər kəs müavinət və məşğulluq yardımı alacaq. Yanvar ayında “Virgin Orbit” Böyük Britaniyadan peykin buraxılışını həyata keçirib. Cihaz kosmosa çatsa da, hədəf orbitə enə bilməyib. Bu hadisə, “Reuters”in məlumatına görə, şirkəti iflas həddinə çatdırıb.

Martın 28-də şirkətin səhmləri demək olar ki, 30% ucuzlaşıb. Təkcə son bir ildə “Virgin Orbit”in bazar dəyəri 92% düşüb. Şirkət 2017-ci ildə yaradılıb. Brenson orada təxminən 75% paya sahibdir.

Son xəbərlər
Digər xəbərlər