Fastfud şəbəkəsi McDonald’s restrukturizasiya çərçivəsində bu həftə ABŞ-dakı ofislərini müvəqqəti olaraq bağlayır. Bu barədə şirkətin bəyanatına istinadən “The Wall Street Journal” yazır.
Qəzetin məlumatına görə, şirkətdəki vəzifələr və işçilərin sayı ilə bağlı əsas qərarlar bu gün, aprelin 3-də açıqlanacaq. Rəhbərlik həmçinin amerikalı və bəzi əcnəbi işçilərindən kadr qərarlarını “faktiki olaraq” qəbul etmək üçün bazar ertəsindən çərşənbə gününə qədər uzaqdan iş formatına keçməyi xahiş edib.
Bundan əlavə, işçilər şirkətin baş ofisində digər tərəfdaşlar və həmkarları ilə bütün görüşləri ləğv etmək tələb olunub.
Daha əvvəl bildirilmişdi ki, Belarusdakı keçmiş McDonald’s şəbəkəsi hələ adla bağlı qərar verməyib və brendsiz olaraq fəaliyyətini davam etdirir.