10 C
Baku
Tuesday, November 26, 2024

Norveç Rusiya neftinin idxalına qadağa qoydu

Norveç Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini təsdiqləyib. 

Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.

Məlumata görə, bu məhdudiyyətlər Aİ-nin 25 fevral 2023-cü ildə qəbul etdiyi onuncu sanksiyalar paketini əks etdirir. Norveç də bəzi dəyişikliklərlə bu sanksiyalara qoşulur. O cümlədən, krallıq Rusiyadan xam neft və neft məhsullarının idxalına qadağa və qiymət məhdudiyyətləri qoyub.

Son xəbərlər
Digər xəbərlər