11 C
Baku
Tuesday, November 26, 2024

Tramp barədə həbs qərarı ləğv edilib – Yenilənib

23:37

ABŞ-ın sabiq prezidenti Donald Tramp barədə həbs qərarı ləğv edilib və o, məhkəmə binasını tərk edib.

Bu barədə Reuters məlumat verib.

Manhetten prokurorluğu Tramp barədə 34 bənddən ibarət ittiham aktını dərc edib.

ABŞ qanunvericiliyinə görə, ittiham elan edilənədək təqsirləndirilən şəxs barəsində həbs qərarı verilir. İttihamlardan sonra Trampın həbs olunacağı gözlənilmirdi. Lakin o, müdafiə tərəfinin gözlədiyindən 20-30 dəqiqə çox, təxminən iki saat həbsdə qalıb.

***

21:38

ABŞ-ın keçmiş prezidenti Donald Tramp həbs olunub.

Banker.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp formal olaraq həbs edilib. Siyasətçi yaxın saatlarda məhkəmə binasını tərk edə biləcək.

Son xəbərlər
Digər xəbərlər