Azərbaycanda iri qida şirkətlərindən biri “AZ FP CO LTD” MMC (Azerbaijan Food&Packaging Company) rebrendinq edərək bazarda yeni adla çıxış edəcək.
Banker.az-a daxil olan məlumata görə, şirkət adını dəyişdirərək “Milla Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti olacaq.
Digər bir dəyişiklə Azər Vahab Zadə Adil oğlu 2022-ci ilin iyulundan şirkətin baş icraçı direktoru təyin edilib.
“Milla” süd məhsullarının istehsalı ilə məşğul olan “AZ FP CO. LTD” MMC 2006-cı ildə yaradılıb.
Digər dəyişikliklə, “Milla Dairy” MMC-nin nizamnamə kapitalı 137 078 966 manat, 4.33 yaxud dəfə artırılmaqla 178 210 004 manata çatdırılıb.