8 C
Baku
Wednesday, December 25, 2024

AYİB-in Rusiya-Ukrayna müharibəsi səbəbindən zərəri 1 mlrd. avronu keçib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ili Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən 1.1 milyard avro xalis zərərlə başa vurub.

Bankın məlumatına görə, AYİB 2022-ci ildən fərqli olaraq 2021-ci ildə 2,5 milyard avroluq rekord mənfəət əldə etmişdi. Bildirilib ki, ötən il üzrə böyük həcmdə itki 2022-ci ilin birinci rübündə müharibənin ilkin maliyyə təsirləri ilə bağlı olub.

Müharibə ilk növbədə, bankın Ukrayna və Belarus üzrə ayırdığı kreditlərin 1.4 milyard avro dəyərsizləşməsinə səbəb olub. Həmçinin, AYİB-nin vaxtı ötmüş kreditləri 4.9%-dən 7.9%-ə yüksəlib. Bundan əlavə, AYİB-in Rusiyadakı aktivlərinin, kapital investisiyalarının dəyəri əhəmiyyətli dərəcədə aşağı düşüb.

“Bankın sərmayə qoyduğu bazarların dəyişkənliyini nəzərə alaraq, həm dəyərsizləşmə, həm də səhm investisiyalarından əldə edilən gəlir və zərərlərin ildən-ilə əhəmiyyətli dəyişkənlik göstərməyə davam edəcəyi gözlənilir. Bankın güclü kapitallaşması və geniş likvidlik buferi bu il və ondan sonrakı dövrdə əməliyyatlarımızı dəstəkləməyimizi təmin edəcək”- AYİB-in Baş Maliyyə Direktoru Soha El-Turki deyib.

Müharibə və AYİB-in maliyyə itkilərinə baxmayaraq, Bank keçən il rekord səviyyədə illik investisiyalar həyata keçirib. İllik investisiyasının həcmi Bankın işlədiyi üç qitədə 431 layihə vasitəsilə 13.1 milyard avroya çatıb.

Qeyd edək ki, AYİB keçən il Ukraynaya 1.7 milyard avro və tərəfdaş banklar vasitəsilə isə əlavə 200 milyon avro kredit ayırıb. Bank 2022-23-cü illər ərzində ölkəyə 3 milyard avro sərmayə qoymağı öhdəsinə götürüb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər