18 C
Baku
Friday, November 22, 2024

Polşa Ukrayna taxılının idxalını dayandıracaq

“Ukrayna taxılının Polşaya idxalı qiymətlərə təsirini azaltmaq üçün müvəqqəti olaraq dayandırılacaq, lakin tranzitə hələ də icazə veriləcək”.

Bunu Polşanın kənd təsərrüfatı naziri Robert Telus cümə günü Reuters agentliyinin verdiyi açıqlamada bildirib.

Telus, sələfi fermerlərin ərzaq qiymətlərinin düşməsi ilə bağlı etirazları fonunda istefa verdikdən sonra cümə axşamı vəzifəsinə başlayıb.

Telus ukraynalı həmkarı ilə görüşdən sonra jurnalistlərə Polşaya ixracı məhdudlaşdırmaq və hələlik dayandırmaq barədə razılığa gəldikləri barədə açıqlama verib. “Tranzitə icazə veriləcək, lakin Ukrayna taxılının Polşada qalmaması üçün hər iki ölkədə diqqətlə nəzarət ediləcək”.

Son xəbərlər
Digər xəbərlər