Bank Olmayan Kredit Təşkilatı “Finans Kredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı artırılaraq 402 min manata çatdırılıb.
Banker.az xəbər verir ki, BOKT-un kapitalı bununla 102 min manat, yaxud 34% artırılmış olub.
Xatırladaq ki, BOKT “Finans Kredit” MMC 2020-ci ildə yaradılıb. Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya verilib.
“Finans Kredit” BOKT 2021-ci ili 46 246 manat xalis mənfəət ilə başa vurub.