11 C
Baku
Monday, November 18, 2024

“STP Alüminium” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini məhkəməyə verdi

“STP Alüminium” MMC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs ilə bağlı məhkəməyə müraciət edib.

Banker.az xəbər verir ki, “STP Alüminium” MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Şirkətin müraciətindəki işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələrdən qaynaqlanır.

“STP Alüminium” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 min manatdır və qanuni təmsilçisi Fərhad Əliyevdir.

Onu da qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

Son xəbərlər
Digər xəbərlər