5 aprel 2023-cü ildən Belarusda McDonald’s şəbəkəsini idarə edən “KSB Victory Restaurants” şirkəti “Mak.by” ticarət nişanının qeydiyyatı üçün ərizə verib, Banker.az bu barədə Vc.ru-ya istinadən xəbər verir.
2023-cü ilin mart ayının sonunda “KSB Victory Restaurants” nümayəndələri restoranların brendsiz işləməyə davam etdiklərini və obyektlərinin açıq olduğunu müştərilərə bildirib.
Ümumilikdə Belarusun altı şəhərində 25 McDonald’s restoranı var. Rəsmi olaraq, “KSB Victory Restaurant” yeni iş formatı ilə bağlı şərh vermir, lakin McDonald’s-a aid bütün adlar və istinadlar menyudan və qablaşdırmadan yoxa çıxıb.