14 C
Baku
Sunday, November 24, 2024

Ölkənin ticarət balansında $3 mlrd. üzərində qalıq yaranıb

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 84 ölkəyə məhsul ixrac olunmuş, 149 ölkədən idxal olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 8 milyard 370.7 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 5 milyard 719.7 milyon dollarını və ya 68.3 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 651.0 milyon dollarını (31.7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 3 milyard 068.7 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6.7 faiz, real ifadədə 4.5 faiz, o cümlədən idxal 10.9 faiz, ixrac isə 2.4 faiz artmışdır. 2023-cü ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 36.6 faiz, real ifadədə 32.3 faiz artaraq 651.4 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 19.5 faizi İtaliya, 12.5 faizi Türkiyə, 10.6 faizi Rusiya, 5.6 faizi Çin, 5.3 faizi Almaniya, 4.7 faizi İsrail, 4.0 faizi İspaniya, 3.8 faizi Rumıniya, 3.6 faizi Fransa, 3.4 faizi Hindistan, 2.5 faizi Çexiya, 2.4 faizi Gürcüstan, 2.0 faizi Yunanıstan, hər biri 1.5 faiz olmaqla Avstriya, Türkmənistan və Vyetnam, hər biri 1.4 faiz olmaqla İndoneziya, Qazaxıstan və İrlandiya, 11.4 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür

İxracın 29.3 faizini İtaliyaya, 12.3 faizini Türkiyəyə, 7.3 faizini İsrailə, 6.1 faizini İspaniyaya, hər biri 5.6 faiz olmaqla Almaniya və Rumıniyaya, 4.5 faizini Hindistana, 4.3 faizini Rusiyaya, 3.6 faizini Çexiyaya, 3.5 faizini Gürcüstana, 3.1 faizini Yunanıstana, hər biri 2.1 faiz olmaqla Avstriya və İrlandiyaya, hər biri 1.9 faiz olmaqla İndoneziya və Vyetnama, 1.4 faizini Portuqaliyaya, 1.2 faizini Fransaya, 0.5 faizini Çinə, 3.7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər