Çexiya 2022-ci il fevralın 24-dən bu il martın sonuna qədər Ukraynadan olan qaçqınlara yardım göstərmək üçün təxminən 1,59 milyard ABŞ dolları xərcləyib.
Bu barədə Çexiya Maliyyə Nazirliyinin məlumatında deyilir.
Məlumatda həmçinin o da qeyd olunub ki, 100 minə yaxın ukraynalı Çexiyaya gələn kimi işə başlayıb, bu isə o deməkdir ki, vəsaitin əhəmiyyətli hissəsi vergilər və rüsumlar formasında Çexiya iqtisadiyyatına qaytarılır.
Qeyd olunur ki, vəsaitin böyük hissəsi sosial müavinətlər, qaçqınların yerləşdirilməsi və normal yaşayışı üçün, eləcə də səhiyyəyə xərclənib.