Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik Şurasının Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərarını təsdiqləyib.
Sənəd vasitəsilə, xüsusilə də ölkənin tanınmış idmançılarına qarşı məhdudiyyətlər qoyulub.
228/2023 saylı fərmana əsasən, idmanla əlaqəsi olan 82 şəxsə qarşı sanksiya tətbiq edilir.
Onların arasında Olimpiya çempionları da var.