19 may 2023-cü ildə, saat 10:00-da Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yerləşən bankın inzibati binasında “Günay Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Aşağıdakı məsələlər yığıncağın gündəliyinə daxil edilmişdir:
1. Müşahidə Şurasının üzvlərinin tərkibinə baxılması və təsdiq edilməsi;
2. İdarə Heyətinin üzvlərinin tərkibinə baxılması və təsdiq edilməsi;
3. “Günay Bank” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2022-ci ilin maliyyə hesabatının təsdiq edilməsi;
4. Digər məsələlər.
Xatırladaq ki, “Günay Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.