10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda müvəqqəti olma müddətinin uzadıldığı hallar genişləndirilib

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallar genişləndirilib.

Banker.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

 

Qərara əsasən, aşağıdakı hallar da Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün əsas yaradacaq:

– Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və hüquqi şəxslərinin Ələt azad iqtisadi zonasının ərazisində işə cəlb etdiyi şəxslər, habelə bu hüquqi şəxslərin təsisçiləri olduqda

-texnologiyalar parkının rezidenti (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər olduqda.

Son xəbərlər
Digər xəbərlər