İrəvanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Lui Bono da iştirak edib.
Tərəflər regionda sabitliyin yaradılması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, demarkasiya və sərhədlərin təhlükəsizliyi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Qarabağ məsələsini və s. müzakirə edib.