Çinin Mərkəzi Bankı son beş ayda qızıl ehtiyatlarını artırır, eyni zamanda ABŞ istiqrazlarını azaldır.
Bu barədə “The Epoch Times” nəşri məlumat yayıb.
Çin Dövlət Valyuta Təşkilatının açıqladığı məlumatlara əsasən, 2019-cu ilin sentyabrından 2022-ci ilin oktyabrına qədər Çinin qızıl ehtiyatları dəyişməz qalıb. Eyni zamanda, 2022-ci ilin noyabrından bu ilin martına qədər Çin 3,86 milyon unsiya (təxminən 120 ton) qızıl alıb.
Hazırda Çin qızıl ehtiyatlarına görə dünyada altıncı yerdədir. Çin eyni zamanda ABŞ dövlət istiqrazlarını satır.