5 C
Baku
Saturday, December 14, 2024

Liviya Sudanla sərhədi bağlayıb

Liviya Silahlı Qüvvələri Sudanla sərhədi bağlayıb və ölkənin cənub-şərqindəki Kufrə şəhərinə əlavə qüvvələr göndərib.

Bu barədə “Al-Marsad” informasiya portalı Liviya Silahlı Qüvvələrinin Ali Komandanlığındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Liviya ordusu Sudanda ordu ilə xüsusi təyinatlılar arasında davam edən qarşıdurmalara görə bu gün qonşu ölkə ilə sərhədini bağlayıb.

Qeyd edək ki, ölkələr arasında dövlət sərhədinin uzunluğu 382 kilometrdir. Liviyanın bu bölgədəki ərazisindən qaçaqmalçılıq və insan alveri ilə məşğul olan silahlı qruplar və cinayətkar dəstələr istifadə edir.

Hazırda sərhəd keçid məntəqəsi Liviya ordusunun nəzarəti altındadır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər