1 C
Baku
Saturday, December 14, 2024

ABŞ konqresi Ukraynanın 1991-ci il sərhədlərinə qaytarılmasına dair qətnamə hazırlayır

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Ukraynanın 1991-ci il sərhədlərinə qaytarılmasına dair qətnamə hazırlayır, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Komitə qətnaməni təsdiq edərsə, Nümayəndələr Palatası qanun layihəsini daha ətraflı nəzərdən keçirəcək.

Respublikaçılar Partiyasının üzvü Co Uilson hesab edir ki, ABŞ 1939-cu il 1 sentyabr səhvini təkrarlamamalıdır. Həmin tarixdə Almaniya Polşanı işğal edərək, İkinci Dünya müharibəsini başlatmış oldu. Nümayəndələr Palatasının üzvü əlavə edib ki, “Sülhü qorumağın yeganə yolu gücdür”.

Sənəd həmçinin Ukraynanın NATO-ya üzv olmasını və Rusiyadan təzminat almasını nəzərdə tutur. Bundan əlavə, qətnamə Rusiya hakimiyyətinin hərbi cinayətlərə görə mühakimə olunmasını tələb edir.

ABŞ Konqresinin adının açıqlanmasını istəməyən üzvü nəşrə bildirib ki, bu ikipartiyalı qətnamə ABŞ parlamentində dəstəklənir.

Ukrayna tərəfi də təkid edir ki, sülh danışıqları yalnız Kiyevin 1991-ci il sərhədləri daxilində ölkə ərazisinə nəzarətinin qaytarılması şərti ilə mümkündür. Ukrayna Prezidenti Volodimir Zelenski Krımın Ukraynaya qaytarılmasının “alternativi olmadığını” deyir.

Son xəbərlər
Digər xəbərlər