Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Bu barədə hökumət başçısının Mətbuat xidmətindən bildirilib.
Tərəflər Cənubi Qafqazdakı mövcud durumu müzakirə ediblər.
N.Paşinyan və Ş.Mişel Ermənistan və Azərbaycan arasında aparılan danışıqların gedişatını müzakirə ediblər. Tərəflər regionda sülh və sabitliyin təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini qeyd ediblər.