13 C
Baku
Saturday, November 23, 2024

“General Motors” ilk elektromobilinin istehsalını dayandırır

Amerikanın avtomobil istehsalçısı “General Motors” birinci rübdə fəaliyyətinin nəticələrini təqdim edib. Şirkət gəlirlərinin 11% artaraq 39.9 milyard dollara çatdığını, xalis mənfəətinin isə 17% azalaraq 2.4 milyard dollara (səhm başına 2.21 dollar) düşdüyünü bildirib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Birinci rübün gözləniləndən daha yaxşı nəticələrinə görə, şirkət illik mənfəət proqnozunu 10.5-12.5 milyard dollardan 11-13 milyard dollara yüksəldib. Konfrans zamanı “GM” həmçinin bildirib ki, şirkətin ilk tam elektrik avtomobili “Chevrolet Bolt EV”in istehsalı bu il dayandırılacaq.

“GM” o dövrdə populyarlıq qazanan “Model 3” elektrimobilinə meydan oxumaq üçün 2016-cı ilin noyabrında “Chevrolet Bolt” modelinin istehsalına başladı. Ancaq “Model 3″ün satışları tezliklə “Chevy Bolt”dan bir neçə dəfə çox oldu.

İndi avtomobil istehsalçısı bütün diqqətini daha müasir olan “Equinox”, “Blazer” və “Silverado” kimi modellərə yönətlməyi planlaşdırır. Rüblük hesabatın açıqlanmasından və “Bolt” xəttinin istehsalının tezliklə bağlanması elan edildikdən sonra “GM” səhmləri 3% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər