Gürcüstan əhalisinin sayı açıqlanıb

2023-cü il 1 yanvar tarixində Gürcüstan əhalisinin sayı 3 736 400 nəfər təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd edilib. Bildirilib ki, bu il əhalinin sayı illik müqayisədə 1.3% artıb.

Statistikaya əsasən bu ilin 1 yanvarında Gürcüstan əhalisinin 60.4%-i şəhərlərdə, ümumi əhalinin üçdə biri isə paytaxt Tbilisidə yaşayır.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli regionunda yaşayan əhalinin sayının isə 442.8 min nəfər olduğu qeyd edilib. Bildirilib ki, bunun 197.5 min nəfəri şəhərlərdə, 245 min nəfəri isə kəndlərdə məskunlaşıb.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər