Milyarder Mark Zukerberqin sərvəti aprelin 27-də 10.1 milyard dollar artıb. Onun rəhbərlik etdiyi “Meta” şirkəti birinci rübdə yüksək satışları ilə investorları təəccübləndirib – İT nəhənginin səhmləri demək olar ki, 14% artım nümayiş etdirib, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
Cümə axşamı, aprelin 27-də birja ticarətinin bağlanışında səhmlər 238.56 dollara satılıb. “Forbes Real-Time”in məlumatına görə, Zukerberqin sərvəti 84.9 milyard dollara yüksəlib. Dünya milyarderləri siyahısında “Facebook”un yaradıcısı hazırda 14-cü pillədədir.
Mark Zukerberqin öncəki ən böyük günlük kapital qazancı 2023-cü ilin fevral ayının əvvəlində (12 milyard dollardan çox) və təxminən bir il əvvəl (təxminən 11 milyard dollar) qeydə alınıb.