2022-ci ildə Azərbaycanın Avropa qaz bazarında payı artıb.
Bu barədə Dünya Bankının hesabatında bildirilib. Məlumata görə, Azərbaycanın Avropa qaz bazarında payı 2021-ci ildəki 4.9%-dən 2022-ci ildə 6.9%-ə yüksəlib.
Dünya Bankı qeyd edib ki, Azərbaycanla yanaşı, ABŞ, Qatar və Norveçin də Avropa bazarında payı artıb. ABŞ-nin payı 8%-dən 17.4%-ə kimi, Qatarın payı 6.8%-dən 7.4%-ə, Norveçin payı isə 9%-dən 12.5%-ə kimi artıb. Digər ölkələrin payı isə 23.7%-dən 25.3%-ə yüksəlib. Buna səbəb isə ötən il Ukrayna ilə müharibə səbəbindən Rusiya qazına tətbiq edilən sanksiyalar olub. Belə ki, Rusiya Avropa bazarındakı payı 34.1%-dən 19.5%-ə kimi azalıb. Rusiya ilə yanaşı, Əlcəzair də bazar payını nisbətən itirib ( 20.2%-dən 18.5%-ə enib).