13 C
Baku
Friday, November 22, 2024

Qazaxıstan Türkmənistanla sərhəd rejiminə dair sazişi ratifikasiya edib

Qazaxıstan Türkmənistanla sərhəd rejiminə dair sazişi ratifikasiya edib.

Müvafiq fərmanı Prezident Kasım-Jomart Tokayev imzalayıb.

 

Məlumatda deyilir ki, Tokayev “Qazaxıstan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Qazaxıstan-Türkmənistan dövlət sərhədinin rejimi haqqında Sazişin təsdiq edilməsi haqqında” Qazaxıstan Respublikasının Qanununu imzalayıb.

Qeyd edək ki, haqqında sözügedən Saziş 2021-ci ildə imzalanıb və iki ölkə arasındakı münasibətləri bir neçə istiqamətdə tənzimləyir.

Sənəddə insanların, avtomobillərin və yüklərin sərhəddən keçirilməsi, dövlət sərhədi üzərindən uçuşlar və s. məsələlər öz əksini tapıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər