Henkel Rusiyadakı aktivlərinin satışını başa çatdırıb. Qeyd olunur ki, şirkətin Rusiyadakı biznesinin payı 54 milyard rubla satılıb, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
Ümumilikdə, “Henkel” Rusiyada 11 fabrik və 12 ofisi fəaliyyət göstərib. 2021-ci ildə şirkətin xalis mənfəəti 7.5 milyard rubl təşkil edib.
Aprelin 20-da “Henkel” Rusiya seqmentinin satışına dair müqavilənin tezliklə imzalanacağını elan etmişdi. Bu gün əməliyyatın uğurlu olduğu və başa çatdığı bildirilib.