13 C
Baku
Tuesday, May 14, 2024

Moskva birjasında rubl dollara qarşı 2% bahalaşdı

Moskva birjasında hərraclar zamanı dolların məzənnəsi 2% azalaraq 76.45 rubl olub. ABŞ valyutası sonuncu dəfə bir aydan çox əvvəl, martın 31-də 77 rubldan aşağı ticarət edilib.

Banker.az birjaya istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 12:20 radələrində hərracların açılışında avronun məzənnəsi 2% azalaraq 85.44 rubl olub – bu, 3 aprel 2023-cü ildən bəri ən aşağı səviyyədir.

Ölkə ticarətində üçüncə ən çox paya malik olan xarici valyuta – yuan 1.73% ucuzlaşmaqla 11.07 rubl ticarət edilib – bu 2023-cü ilin 23 martından bu tərəfə ən aşağı səviyyədir.

Azərbaycanda isə rublun rəsmi məzənnəsi 0.0217 manat təşkil edir. Yəni, 100 rubl 2.17 manata bərabərdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər