Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2022-ci ili 254 min manat zərərlə başa vurub. Halbuki, 2021-ci ildə qurum 933 min manat mənfəət əldə etmişdir.
Banker.az ADRA-nın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il ADRA-nın gəlirləri 6 milyon 121 min manat (-4.8%), o cümlədən reklam yayımı haqlarından gəlirləri 6 milyon 120 min manat (+2.7%), digər gəlirləri isə 150 min manat (-68%) təşkil edib.
Hesabat dövründə ADRA-nın xərcləri isə 6 milyon 375 min manat (+16%), o cümlədən insan resursları üzrə xərcləri 4 milyon 374 min manat (+24.5%), əsas vəsaitlər və qeyri-maddi aktivlərin amortizasiyası xərcləri 507 min manat (+7%) olub.
Bu il yanvarın 1-nə ADRA-nın aktivləri 7 milyon 259 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 6% azdır. Ötən il öhdəliklər 1.6 dəfə azalaraq 288 min manat, balans kapitalı isə 3.5% azalaraq 6 milyon 971 min manat olub.