Ermənistanın “FlyOne” şirkətinin İrəvan-Dubay reysini yerinə yetirən təyyarəsi İranın Şiraz şəhərində məcburi eniş edib.
Bu barədə məlumatı şirkətin direktorlar şurasının sədri Aram Ananyan açıqlayıb.
Şirkətin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri təyyarənin ölkənin hava məkanına daxil olmasına icazə verməyib. Hazırda bunun səbəbləri araşdırılır.