ABŞ Ukraynaya 1.2 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb.
Bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, paketə əlavə hava hücumundan müdafiə vasitələri və sursatlar, Qərb hava hücumundan müdafiə sistemlərinin, raketlərin və radarların Ukrayna hava hücumundan müdafiə sistemləri ilə inteqrasiyası üçün avadanlıq, pilotsuz uçuş sistemlərinə qarşı döyüş sursatları, 155 millimetrlik artilleriya mərmiləri, kommersiya peyk təsvirləri xidmətləri, hərbi aktivliyin saxlanması və dəstəklənməsi üçün təlimlər daxildir.
Qeyd edək ki, bu, ABŞ tərəfindən elan olunan ilk belə paket deyil.