Ukrayna 2022-ci ilin fevral ayından ölkənin iqtisadi və maliyyə sabitliyini dəstəkləmək üçün Aİ-dən 20 milyard dollar alıb.
Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal hökumət üzvlərinin iclasında bildirib.
O, görüşün videosunu “Telegram” kanalında yerləşdirib.
Qeyd olunub ki, Aİ Ukrayna büdcəsinin əsas donoruna çevrilib.
Onun sözlərinə görə, Kiyev Aİ ilə “nəqliyyat və iqtisadi vizasız gediş-gəlişin daha bir il uzadılması” ilə bağlı razılığa gələ bilib.