6 C
Baku
Sunday, December 15, 2024

Əmlak Məsələləri Dövlət Xidməti ötən il 74 mln. manat gəlir əldə edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ötən ili 74 milyon 196.18 min manatlıq gəlir əldə edib.

Banker.az xəbər verir ki, bu barədə ƏMDX-nin 2022-ci ilin maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatında qeyd edilir.

Hesabata görə, şirkət qeyri-birja əməliyyatlarından 62 milyon 559.46 min manat, birja əməliyyatlarından 11 milyon 502.78 min manat gəlir əldə edib.

2021-ci ildə cəmi gəlirlərin həcmi 96 milyon 157.49 min manat idi.

Dövlət Xidmətinin xərclərinin həcmi də 7% azalaraq 65  milyon 31.95 min manat olub. Bunun 22 228.07 min manatı əməkhaqqı xərcləri təşkil edib.

231123

Son xəbərlər
Digər xəbərlər