13 C
Baku
Wednesday, May 8, 2024

Azərbaycanda BOKT “Umico” və “MilliÖn”ə 20 mln. manatlıq investisiya yatırıb

“Birkart Bank Olmayan Kredit Təşkilatı” MMC (şirkət barədə)ödəniş sistemi şirkəti “PashaPay” MMC-yə və “Competo” MMC-yə sərmayə yatırıb və bu onun ümumi aktivlərinin 68 faizidir.

Banker.az xəbər verir ki, BOKT ümumilikdə “PashaPay”ə 8 mln. 704.4 min manatlıq sərmayə yatırıb.

BOKT həmçinin “Umico”ya (Competo MMC) yatırdığı sərmayənin həcmini 7 mln. 429.4 min manatdan 12 mln.  14.2 min manata yüksəldilib.

Beləliklə, BOKT-un investisiya portfeli 20 mln. 753.6 min manata yüksəldilib.

“PashaPay” MMC 2022-ci ilə qədər “Komtec LTD” MMC kimi adlandırılırdı. Şirkətin “PASHA Holding” MMC-nin strukturuna keçdikdən sonra adı “PashaPa” kimi adlandırılıb. Şirkət “MilliÖn” ödəniş terminallarına və “M10” ödəniş sisteminə sahibdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər