11 C
Baku
Monday, November 25, 2024

SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyəyə ümumi investisiyaların həcmi 18 milyard ABŞ dolları təşkil edir.

Bu barədə “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim Petrokimya Holding”in Baş direktoru Anar Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu investisiyaların 10 milyard ABŞ dolları yalnız İzmir şəhərinin Əliağa bölgəsinə edilib.

A. Məmmədov qeyd edib ki, bu gün “SOCAR Türkiyə”nin neft-kimya məhsullarında bazar payı 12 % təşkil edir: “Şirkət ölkənin neft məhsullarına olan tələbatın 25 %-inin qarşılaya bilir”.

O qeyd edib ki, “SOCAR Türkiyə” Türkiyənin dizel yanacağında olan ehtiyacını 20-25 %-ni təmin edir.

Xatırladaq ki, “SOCAR Türkiyə” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Türkiyə” qonşu ölkənin “Petkim Petrokimya Holding” – neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər