Dünya birjasında neftin qiyməti ucuzlaşıb.
Banker.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar azalaraq 44,53 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,43 dollar azalaraq 47,71 dollar olub.