21 C
Baku
Saturday, September 28, 2024

Forbes “İşləmək üçün ən yaxşı bankları” təyin etdi

Vault karyera resursu 3 minə yaxın bankirdən öz çalışdıqları maliyyə təşkilatı istisna olmaqla bankların prestijlik dərəcəsini 10 ballıq şkala ilə qiymətləndirməyi tələb etmişlər. Həmçinin əməkdaşlar öz rəhbərliklərini sosial ödənişlər, iş gününün uzunluğu, korporativ mədəniyyət, iş perspektivləri və ümumi məmnunluq baxımından da qiymətləndirməyi istəmişlər.

Artıq 3 il ardıcıl olaraq reytinqə başçılığı Blackstone Group edir. Onun ardınca isə Goldman Sachs gəlir. Morgan Stanley isə 3-cü pilləni qoruyub saxlaya bilib. Bundan əlavə, Evercore reytinqin 4-cü pilləsinə yüksələ bilib, onun ardınca isə 5-ci pillədə Centerview Partners qərarlaşıb.

Nəhəng banklar tətil günləri elan edərək və iş saatını məhdudlaşdıraraq əməkdaşlarının həyat şəraitini yaxşılaşdırmağa çalışırlar. Lakin iş, təcrübə və şəxsi həyat arasında balansı qoruyan kiçik investisiya banklarında iş daha prestijli iş yerinə çevrilir.

Son xəbərlər
Digər xəbərlər