20 C
Baku
Sunday, October 6, 2024

Türk lirəsi – XXI əsrin ən uzunmüddətli enən valyutası

Türk lirəsi antirekordları qırmaqda davam edir. Bu həftə ərzində türk lirəsi yenidən zəiflədi və onun enmə müddəti son 16 il ərzində ən güclü enmə adını qazandı.

Hazırda türk lirəsi dollara münasibətdə təqribən 3,05 lirə/1 dollar göstəricisinə malikdir. Yeni tarixi minimum isə bu yaxınlarda 3,0615 göstəricisi ilə qeydə alınmışdı.

Beləliklə, 8 həftədir türk lirəsi enməyə davam edir və Braziliya realından sonra inkişaf etməkdə olan ölkələrin ən “pis” valyutasıdır.

İnvestorların yavaş-yavaş ölkədən çıxması müşahidə edilir. Belə ki, yalnızca bu il ərzində investorlar 6,88 milyard dollar həcmində səhm və istiqrazlarını ölkədən çıxarmışlar.

Bir çox ekspertlər ilin sonuna doğru türk lirəsinin möhkəmlənəcəyini proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər