9 C
Baku
Thursday, December 12, 2024

Düzgün işçini necə seçmək lazımdır: Məşhurlardan məsləhət

İşçi heyətinin toplanması zamanı düzgün insanlar əhəmiyyətli dərəcədə şirkətin uğuruna təsir edə bilər.

Şirkətinizin nə ilə məşğul olmasından və hansı xidmətlər təqdim etdiyindən asılı olmayaraq, şirkətə lazımi işçilərin seçilməsi hər zaman biznes üçün ən vacib tapşırıqlardan biridir. Uğurunuz demək olar ki, bütünlüklə lazımlı, məqsədli namizədlərin işə cəlb edilməsindən asılıdır.

Devid Oqilvi demişdi: “Hər kəs şirkətə özündən “kiçik” insanı işə götürsə o “cırtdan” şirkət olaraq qalacaq. Yox əgər hər kəs şirkətə özündən daha “böyük” əməkdaşı cəlb etsə həmin şirkət “nəhəng” şirkət olmalıdır.

Aşağıda məşhur sahibkarların əməkdaşların motivasiya edilməsi və lazımi namizədlərin işə cəlb edilməsi ilə bağlı və arzusunda olduğunuz güclü komandanı yaratmağa kömək edəcək ən məşhur sitatlarını təqdim edirik:

“Uğurlu işçi heyətinin toplanmasının sirri bundan ibarətdir: dünyanı dəyişmək arzusunda olan insanları axtarın” – Mark Benioff, Salesforce şirkətinin icraçı direktoru

“Bu gün məhsulu şirkətlər deyil, çoxsaylı insan kütləsi yaradır. Şirkət canlı orqanizmdir. Siz hər kəsin özünü komandanın bir üzvü hiss etdiyi və şirkətin onun rolunu dərk etdiyi şir təşkilat yaratmalısınız” – Esther Dyson, amerikalı sahibkar, investor

“Biz özümüzə oxşar insanları seçməyə meyilliyik. Lakin şirkətiniz üçün sizdən fərqli insanları seçməlisiniz. Bu insanları seçməkdə məqsədiniz isə sizin çatışmayan cəhətlərinizi tamamlamaq olmalıdır” – Navin Ceyn, InfoSpace icraçı direktoru və Microsoft şirkətinin keçmiş əməkdaşı

“İşinizi sevə biləcək insanları şirkətinizə cəlb edin” – Mark Cuban, HDNet и HDTV cable network şirkətinin baş direktoru, amerikalı milyarder

“İş onu görən şəxsə məmnunluq gətirməlidir. Əməkdaşlarınızın iş yükü və nailiyyətlərini diqqət mərkəzində saxlayın. Mənim MicroSolutions şirkətimdə aylıq satışlarda rekorda imza atıldıqda və yaxud hər hansı bir əməkdaş xüsusi bir iş icra etdikdə əməkdaşlarıma 100 dollarlıq çek paylayırdım. Bəzən isə onları bara dəvət edirdim” – Mark Cuban, HDNet и HDTV cable network şirkətinin baş direktoru, amerikalı milyarder

 “Şirkətə ağıllı insanları cəlb edib onların sizin şirkətinizdə qalmasını istəyirsinizsə onların digər ağıllı insanlarla ünsiyyətini təmin etmək mütləqdir” – Bill Gates, Microsoft yaradıcısı

“İnsanlar çox ağıllı ola bilə və yaxud lazımi keyfiyyətlərə sahib ola bilərlər, lakin onlar sizin biznesinizə inanmırlarsa real olaraq işləməyəcəklər” – Mark Tsugerberq, Facebook sosial şəbəkəsinin yaradıcısı

“CEO-nun sahib olduğu ən böyük prioritet istedaddır. Deyirlər, əsas olan uzaqgörənlik və strategiyadır. Lakin ilk öncə düzgün insanları tapmaq lazımdır” – Andrea Jung, Grameen America qeyri-kommersiya mikro-maliyyə təşkilatının icraçı direktoru, Avon şirkətinin keçmiş CEO-su

“Əməkdaşlarınıza yeni bir şeylər öyrətdikdə bu onlar və sizin aranızda onların daim qiymətləndirəcəyi bağ yaradır. Əgər siz bunu artıq müsahibə zamanı etməyi bacarsanız, işinizə ancaq bacarıqlı insanlar gələcək. Bu insanlar üçün puldan daha çox, öz intellektlərinin inkişafı daha vacibdir. Əməkdaşlarınıza onları yalnızca maddi cəhətdən deyil, intellektual olaraq da zənginləşdirəcəyinizi göstərin və onlar sizin üçün işləyəcək” – Taso Duval, Toptal IT şirkətinin həmtəsisçisi

 “Özünün rəhbərlik tərəfindən yalnız tabe şəxs olaraq deyil, həm də məhsuldar şəxsiyyət kimi qiymətləndirildiyini hiss edən əməkdaşlar daim şirkətdən razı qalar və özlərini daha yaxşı reallaşdırarlar. Razı əməkdaş – razı müştəri və böyük gəlir deməkdir” – Anne Mulcahy, Xerox şirkətinin keçmiş baş icraçı direktoru

Son xəbərlər
Digər xəbərlər