29 iyun 2023-cü il saat 15.00-da “Xalq Həyat” Sığorta Şirkəti ASC səhmdarlarının ümumi yığıncağı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 106A nömrəli ünvanda keçiriləcəkdir.
Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələ daxil edilmişdir:
- Cəmiyyətin 2021-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi.
Xatırladaq ki, “Xalq Həyat Sığorta” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% “Xalq Sığorta” ASC-yə məxsusdur.