10 C
Baku
Friday, December 13, 2024

ABŞ Rusiyanı terrorizmin sponsoru kimi tanıya bilər

ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynada işğalı zamanı törətdiyi cinayətlərə görə terrorizmin dövlət himayədarı kimi tanınmasını istisna etmir.

Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Senator Lindsi Qremlin Dövlət Departamentinin artıq qərarını verdiyi və Rusiyanı heç vaxt terrorizmin sponsoru kimi tanımayacağı ilə bağlı sualına Blinken belə cavab verib: “Heç vaxt heç bir zaman demə”.

Qeyd edək ki, ABŞ qanunlarına görə, Dövlət Departamenti ölkələri terrorizmi himayə edən ölkələr siyahısına daxil etmək, eləcə də onları istisna etmək hüququna malikdir.

Martın əvvəlində Blinken Rusiya Federasiyasının bu siyahıya əlavə edilməsinin arzuolunmaz nəticələrə səbəb ola biləcəyini bildirmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər