13 C
Baku
Friday, November 8, 2024

Azərbaycanda akvakulturada yetişdirilən balıq kürülərinin ilk dəfə ixracına razılıq verilib

“Akvakulturada yetişdirilən balıq kürülərinin ilk dəfə ixracına razılıq verilib”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2023” və 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisində çıxışı zamanı deyib.

O bildirib ki, həyata keçirilən nəzarət tədbirləri respublikamızdan Avropa İttifaqına üzv ölkələrə fındıq məhsullarının sadələşdirilmiş şərtlərlə ixracına imkan verib: “Avropa İttifaqının müvafiq qurumu ilə aparılmış intensiv iş nəticəsində ölkəmizdən heyvan dərisinin və yununun ixracına, bu yaxınlarda isə akvakulturada yetişdirilən balıq kürülərinin ilk dəfə ixracına razılıq verilib”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər