Naxçıvanda fermerlərə payızlıq subsidiyaların verilməsi təmin edilib.
Bunu Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin (“InterFood Azerbaijan”) açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu gün ilk dəfədir ki, Naxçıvan sərgidə iştirak edir: “Azərbaycanda ilk dəfə torpaq islahatı məhz Naxçıvanda Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilib”.
X. Dadaşova qeyd edib ki, uzun illər Naxçıvan blokadada yaşayıb, buna baxmayaraq dövlət başçısının yürütdüyü siyasət nəticəsində Naxçıvan xüsusi model əsasında inkişaf edir. Bu gün Naxçıvanda istehsal edilən bütün məhsullar təbiidir. Naxçıvan fermerləri daha çox organik məhsulları yetişdirməyə daha çox üstünlük verir. Məşğulluq imkanının artırılması, insanların rifahının yaxşılaşdırılması dövlətin başlıca şərtlərindən biridir. Kənd təsərrüfatı məhsullarının istehsalı ölkənin ərzaq və qida təhlükəsizliyində başlıca şərtlərdən biridir”.