5 C
Baku
Saturday, December 14, 2024

Dövlət sosial sığorta daxilolmaları 116 mln. manat artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 6 faiz və ya 116 mln. manat çox olmaqla 2 mlrd. 118 mln. manat təşkil edib.

Nazirlikdən verilən xəbərə görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-aprel aylarında proqnoza nisbətən 8 faiz və ya 116 mln. manat artaraq 1 mlrd. 625 mln. manat olub.

Son 4 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 237 mln. manat artaraq 2 mlrd. 003 mln. manata çatıb.

Son xəbərlər
Digər xəbərlər