21 C
Baku
Thursday, September 19, 2024

Nazirlik: “Taksi şirkətləri “Fərdi məlumatlar haqqında” qanunu pozur”

Azərbaycanda taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” qanuna ziddir.

Bu barədə qurumda taksi şirkətlərinin nümayəndələri ilə keçirilmiş görüşdə bildirilib.

Nazirlik rəsmiləri bəyan edib ki, qanuna əsasən, ölkədə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.

Vurğulanıb ki, taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqi istiqamətində mütəmadi olaraq tədbirlərin həyata keçirilməsi zəruridir.

Son xəbərlər
Digər xəbərlər