10 C
Baku
Thursday, December 12, 2024

Kimlər texnopark rezidentliyi statusu alaraq güzəştlərdən bəhrələnir?

Ötən ilin sonu Prezident İKT sektorunda inkişafa ciddi təkan verəcək bir sıra yeni sənədlər imzalayıb. Onlardan biri və ən əhəmiyyətlisi də texnoparka rezidentlik statusu alan hüquqi və fiziki şəxslərlə bağlıdır. Belə ki, bu statusu alanlar 10 il müddətinə vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar, sosial sığorta haqqları ilə bağlı ciddi güzəştlər verilir. Texnoparkdan kənar fəaliyyət göstərən əcnəbi mütəxəssislərə iş icazəsinin alınması da tələb olunmur.
Banker.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
Osman Gündüz qeyd edir ki, güzəştlərin şamil olunduğu İT şirkətlərin fəaliyyət istiqaməti xeyli məhdud (sistem inteqrasiyası və proqram təminatı istehsalı) olsa da qəbul olunan sənədlər sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Uzun müddətdən bəri gözlənilən bu güzəştlərin qəbulu istiqamətində RİNN-in apardığı sistemli işlər də diqqət çəkən olub. Görəsən Prezidentin bu fərmanı necə icra olunur, indiyədək bu güzəştlər kimlərə şamil olub, proses necə baş verir ?
Qısa bir araşdırma ilə müəyyən etmək olar ki, bu sahədə səlahiyyətli qurum olan RİNN-nin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi cəmi bir dəfə bir neçə şirkətə texnopark rezidentliyi statusu Şəhadətnaməsinin verilməsi haqqında qısa bir məlumat paylaşıb.
Status alan şirkətlərin adları açıqlanmayıb. Hələlik bununla bağlı başqa məlumat tapmaq mümkün deyil.
Ümumiyyətlə, bu güzəştlərin tətbiqi ilə bağlı İRİA tərəfindən aparılan işləri heç bir halda yetərli hesab etmək olmaz.
İRİA -nın bu prosesin təşkilinə maraqlı tərəfləri cəlb etməsi, prosesi şəffaf qurması, qəbul edilən müraciətlər, güzəştlərdən bəhrələnlər və imtinalarla bağlı ətraflı məlumatlar verməsi çox vacibdir .
Son xəbərlər
Digər xəbərlər