6 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Bank”ın audit hesabatı: Ötən il ₼102 mln. xalis mənfəət əldə edib, aktivləri ₼9 mlrd.-ı ötüb

“PAŞA Bank” ASC 2022-ci il üzrə konsolidə edilmiş audit hesabatını açıqladı və məlum oldu ki, ötən il 101.93 milyon manat həcmində xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, ölkənin ikinci ən iri bankının hesabatı nüfuzlu “Ernst and Young” audit şirkəti tərəfindən aparılıb.

Hesabatda qeyd edilir ki, korporativ yönümlü bank hesabat müddətində illik müqayisədə faiz gəlirlərini 21% artırmaqla 380.45 mln. manata yüksəldib. Faiz gəlirlərinin böyük hissəsi müştərilərə verilən kreditlər təşkil edib ki, bu da illik 21% artımdır. Faiz gəlirlərinin həcmi 280.82 mln. manat olub. Faiz gəlirlərinin 75.29 mln. manatı isə investisiya qiymətli kağızlardan daxil olub.

Bankın faiz xərcləri 86.59 mln. manat olmuş və bunun da 39.25 mln. manatı müştərilərin depozitləri üzrədir.

Xalis faiz gəlirləri 2021-ci ildə 237.13 mln. manat olduğu halda, 2022-ci ildə 297.73 mln. manat təşkil edib.

Bankın maliyyə aktivləri üzrə kredit zərəri xərci 48.31 mln. manat olub.

“PAŞA Bank” ötən il ümumilikdə 79.44 mln. manat həcmində işçilər üzrə xərc çəkmiş, bu da öncəki illə müqayisədə 16% yuxarı göstəricidir.

Bununla da, bank 2022-ci ildə bütün gəlir və xərclər fərqindən, üstəlik 44.9 mln. manat mənfəət vergisi xərcindən sonra 101.93 mln. manat xalis mənfəət əldə edib. Bankın 2021-ci ildə 102.32 mln. manat xalis mənfəəti olmuşdu.

1 yanvar 2023-cü il tarixinə “PAŞA Bank”ın 286.49 mln. manat bölüşdürülməmiş mənfəəti var.

Bankın aktivlərinin həcmi ötən il 31% artımla 9 mlrd. 217.95 mln. manata yüksəlib. Aktivlərinin 3 mlrd. 274 mln. manatı müştərilərə verilən kreditlər, 1 mlrd. 840 mln. manatı investisiya qiymətli kağızlar, 3 mlrd. 3002 mln. manatı isə pul vəsaitləridir.

Öhdəliklərinin həcmi 8 mlrd. 570 mln. manat, o cümlədən depozit portfeli 7 mlrd. 253 mln. manat, 932 mln. manat isə bank və dövlət fondları qarşısında öhdəlikləridir.

2342342423 2342342342

Son xəbərlər
Digər xəbərlər